Yevlaxda mənzil tamamilə yanıb Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlaxda yerləşən Ağdam rayon Xıdırlı kəndindən olan məcbüri köçkünlərin məskunlaşdığı yaşayış düşərgəsində Şahmar Səmədova məxsus mənzil tamamilə yanıb.

Hadisə zamanı ümumi sahəsi 64 kv.m olan mənzildəki əşyalar və ev sahiblərinə məxsus sənədlər də yanıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Dövlət Yanğından mühafizəsi hissəsinin 2 yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub və yanğının qarşısı alınıb. Ev sahibinin xanımı Ceyran Səmədova hazırda qonşuların evində məskunlaşdıqlarını deyib:

"Bir dənə əynimizin paltarı ilə çıxmışıq, kömək istəyirik".

Səmədovların qonşuları da onlara kömək göstərilməsinin zəruri olduğunu bildirdilər. Qeyd edək ki, hadisənin baş verdiyi yaşayış düşərgəsində elektrik xətlərinin təmirə ehtiyacı var.