Yeni Yasamalda çox güclü partlayıcı qurğu tapıblar

Day.Az представляет новость на азербайджанском языке.

Yeni Yasamaldakı "Qismət" şadlıq sarayının arxa hissəsində sakinlər çox güclü təsirə malik partlayıcı qurğu aşkarlayıblar.

Hadisə bu gün saat 18:20 radələrində Bakının Yasamal rayonu ərazisində baş verib.

Yeni Yasamal 2 ünvanının sakinləri çox güclü təsirə malik partlayıcı qurğu tapıblar. Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, mina "Qismət" şadlıq sarayının arxa tərəfində aşkarlanıb.

Dərhal hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, minaxtaranlar və təcili yardım həkimləri cəlb olunublar. Minanın zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanıb. Ərazi təhlükəsizlik üçün boşaldılıb.