Çingiz Qənizadə: “Əvvəlki cərimələrin heç bir təsiri olmadı"

Day.Az представляет новость на азербайджанском языке.

Gecə düşən kimi hərəkətə keçən avtoxuliqanlar avtomobilləri ilə müxtəlif manevr edirlər ki, bu da həm sakinlər, həm də sürücülər üçün müəyyən problemlər yaradır. Bu cür avtoxuliqanlıq hərəkətlərinə görə, artıq Milli Məclis tərəfindən təklif edilmiş yeni dəyişikliyə əsasən, cərimələrin miqdarı kəskin artırılıb və onlar üçün hüquqi məsuliyyət müəyyən olunub.

Anspress yazır ki, avtoxuliqanlıq hərəkətlərinə görə, bu şəxslər avtomobili idarə etmək hüququ 2 il məhdudlaşdırılmaqla 1000 manatadək cərimə ediləcək.

Millət vəkili Çingiz Qənizadə: "Bizim əvvəl qoyduğumuz cərimələrin heç bir təsiri olmadı. İndi isə bir az da artırdıq ki, bu cür hərəkətlərin qarşısını nisbətən də olsa alaq".

Amma, deyəsən, cərimələrin artırılması avtoxuliqanlar üçün heç də yaxşı xəbər olmadı.

Yəqin ki cəzaların bu qədər sərtləşdirilməsindən sonra avtoxuliqanlar belə hərəkətləri ilə insanları narahat etməzlər.