Ermənilər növbəti mahnımızı oğurladılar

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan torpaqları ilə bərabər onun milli-mədəni sərvətlərini də mənimsəməyə çalışan ermənilər bu dəfə də oğurluğa əl atıblar. Mənfur erməni xisləti bu dəfə özünü bəstəkarlıq musiqimizin incilərindən olan "Külək" mahnısı üzərində sınayıb. Belə ki, 1960-cı illərin ortalarında sevilən bəstəkar Ələkbər Tağıyev tərəfindən bəstələnən, sözləri xalq şairi Nəbi Xəzriyə aid olan "Külək" mahnısını ermənilər öz adına çıxarmağa çalışıblar.

Müəllif Hüquqları Agentliyindən modern.az-a verilən məlumata əsasən, bu fakt dünən qeydə alınıb. Buna baxmayaraq, qurum artıq əməli fəaliyyətə keçərək araşdırmalar aparır. Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli Modern.az saytına açıqlamasında faktla əlaqədar bunları bildirib:

"Erməni plagiatlığı ilə bağlı çox faktlar olub və biz onları mediaya bildirmişik. Sonuncu belə fakt isə musiqisi Ələkbər Tağıyev, sözləri Nəbi Xəzriyə məxsus olan "Külək" mahnısıdır. Bunu bir erməni məktəblisi erməni dilində ifa edib. Müəllifi göstərmədən, anonim şəkildə öz dillərində ifa edib. Burdan da belə çıxır ki, bu, erməni mahnısıdır. Amma bu mahnı Azərbaycanda müəllifin özü tərəfindən 1972-ci ildə o vaxtı keçmiş SSRİ-nin Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində qeydiyyatdan keçib. Mahnı 1960-cı ilin ortalarında yazılıb. İlk dəfə 1967-ci ildə Zeynəb Xanlarova tərəfindən ifa edilib. Biz bu istiqamətdə araşdırmalar aparırıq. Beynəlxalq əlaqədar təşkilatlara da müraciət edəcəyik".

Qeyd edək ki, "Külək" mahnısını Azərbaycanın bir çox tanınmış sənətçiləri ifa ediblər. Bu sırada Səxavət Məmmədov, Könül Xasıyeva və digərləri var.