Bakıda pasiyentin iynədən öldüyü klinikanın qapısını sındırdılar Day.Az представляет новость на азербайджанском языке.

47 yaşlı Elçin Məmmədovun həkim məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişdiyi "VİP Dental" stomatoloji klinikasında insident yaşanıb, klinika vəfat edənin qohumları tərəfindən dağıdılıb.

Aznews.az yazır ki, bu məlumatı araşdırmaq məqsədi ilə "VİP Dental" klinikasında olduq. Klinika artıq dəmir barmaqlıqla bağlanmışdı, fəaliyyət göstərmirdi. Yaxınlıqda yaşayan və hadisənin şahidi olmuş sakinlərin sözlərinə görə, həqiqətən klinikada insident baş verib. Ancaq bu, dünən, mərhum dünyasını dəyişərkən baş verib.

"Atasının dünyasını dəyişdiyini eşidən oğlu dəhşətli xəbərin sarsıntısı altında stomatoloji kabinetin qapısını sındırıb. Amma bu gün sındırılan qapı yenisilə əvəzlənib və dəmir barmaqlıqla bağlanıb", - deyə sakinlər bildirdilər.