Goranboyda itkilərimiz əbədiləşdiriləcək

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşənlərin xatirəsini əbədiləşdirmək məqsədilə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində bulaq kompleksi inşa edilib.

Bu gün Xocalı Rayon İcra hakimiyyəti və Beynəlxalaq Qızıl Xaç Komitəsinin tikdirdiyi həmin kompleksin açılışı olub. Açılış mərasimində Xocalı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin Xocalı, Goranboy, Tərtər rayonlarından gələn itkin ailələrinin üzvləri iştirak ediblər. Çıxışlarda bu cür addımların atılmasının vacibliyindən danışılıb. Tədbirdə uşaqların hazırladıqları ədəbi kompozisiya nümayiş etdirilib, şeirlər dinlənilib.