Masallı rayonunda 6 otaqlı ev yandı

Day.Az представляет новость на азербайджанском языке.

Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şərəfə kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.