Qubada Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq bu dövlətin bayrağını yandırılıb

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, dekabrın 7-də Quba soyqrım məzarlığında Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
 

Tədbirdə Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin başqanı Göksəl Gülbəy bir sıra QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə işğalçı Ermənistan dövləti əleyhinə şüarlar səsləndirməklə məzarlığa yürüş təşkil ediblər.
 

Məzarlığı ziyarət etdikdən sonra təşkil olunmuş toplantıda çıxış edənlər bildiriblər ki, soydaşlarımızın dədə-baba yurdlarından qovulmasından 25 il ötüb. 1988-89-cu illərdə indiki Ermənistan ərazisindən 200 mindən çox soydaşımızın deportasiyaya məruz qaldığı qeyd edilib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri və digər binaları darmadağın ediblər. Amma bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.
 

Tədbir iştirakçıları Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq bu dövlətin bayrağını yandırıblar.