Bərdədə yerləşən pambıqtəmizləmə zavodunda yanğın baş verib Day.Az представляет новость на азербайджанском языке.

Bərdədə yerləşən pambıqtəmizləmə zavodlarından birində yanğın baş verib. Şahidlərin sözlərinə görə, yanğın təqribən saat 15 radələrində zavodun həyətindəki pambıq tayalarından birində başlayıb və bölgədə əsən güclü külək qısa zamanda alovun miqyasını genişləndirib.

Anspress-in məlumatına görə, alov yaxınlıqdakı digər pambıq tayasına da keçib. Hadisə yerinə gələn FHN-nin Bərdə yanğından mühafizə hissəsinin əməkdaşları alovu ram etməkdə çətinlik çəkdiklərindən qonşu Ağdam, Tərtər, Yevlax rayonundan da yanğınsöndürənlər köməyə çağırılıblar. Bir saata yaxın mübarızədən sonra yanğının qarşısı alınıb.

Yanğının baş verdiyi pambıqtəmizləmə zavodundan verilən məlumata görə, ümumilikdə 10 tona qədər pambıq yanıb. Pambığın 1 tonunun qiyməti isə 410-420 manatdır. Hazırda FHN-nin əməkdaşları yanğınını səbəbini müəyyənləşdirməyə çalışır.