https://news.day.az/society/467807.html
Silah bazarında od saçan qiymətlər - FOTO
Ov etmək həm istirahət, əyləncə, həm də qida ehtiyacı üzündən hər zaman insanların maraq göstərdiyi bir sahə olub. Müasir dövrümüzdə də insanlar ova böyük maraq göstərirlər. Ova gedən şəxslər arasında sadə insanlarla bərabər, xeyli sayda tanınmış simalar da var. Hazırda Azərbaycanda 20 mindən yuxarı şəxs Ovçular Cəmiyyətində qeydiyyatdan keçib.
Musavat.com-un əməkdaşları bu dəfə yolunu ovçular mağazasından salıblar. Mövzu ilə bağlı Bakının bir neçə ov silahı satışı ilə məşğul olan mağazasında olduq. Bəzi mağaza sahibləri müsahibə verməkdən çəkinsələr də, bir dükan sahibindən məlumat almağı bacardıq. Onun sözlərinə görə, son zamanlarda ovçuluğa maraq artıb:
"Bizim mağazada ancaq Daxili İşlər Nazirliyinin və qanunvericiliyin icazə verdiyi silahlar satılır. Bunlar yivsizdir, yəni ov üçün nəzərdə tutulub və ancaq qırma atır. Yivli silahlar hərbiyə aid olur, o tipli silahlar döyüş üçün nəzərdə tutulub. Silahların qiyməti müxtəlifdir. Qiymət fərqi istehsal olunan ölkələrə, silahın keyfiyyətinə, qundağının taxtasına görə dəyişir. Azərbaycanda əsasən Türkiyə, İtaliya, Belçika, Rusiya, Almaniya istehsalı olan silahlar satılır. İtaliya istehsalı olan silahları çox adam ala bilmir. Çünki digər ölkələrə nisbətən daha bahalıdır. Silahlarda kalibr fərqi olur. Belə ki, 12, 16, 20, 28, 32 və digər kalibrli silahlar var. Normal keyfiyyətli tüfəngin qiyməti 1000 manatdan başlayır. Alıcılar daha çox qoşalülə və beşatılan tipli silahlara üstünlük verirlər. Son zamanlarda gənclərin ovçuluğa marağı artıb. Məsələn, əvvəllər ən cavan ovçunun 30 yaşı var idi. Amma indi bu, 25 yaşdan başlayır. Qiymətlərdə dəyişiklik yoxdur, əvvəlki qiymətlərə satırıq. Əsl alıcı üçün fərqi yoxdur. Onun üçün əsas odur ki, silah yaxşı olsun".
Mağazalarda hətta 8-10 min manata da silah satılır
Satıcı onu da bildirdi ki, hər kəs silah ala bilməz: "Hər şeyin bir qaydası olduğu kimi bunun da bir qaydası var. Hər kəs istədiyi qədər silah ala bilməz. Qanun bir ovçunun adına yalnız 7 tüfəngin qeydiyyatda ola bilməsinə imkan verir. Bundan əlavə, silah almağın da öz qaydaları var. Öncə bunun üçün həmin vətəndaş yaşadığı ərazidə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən yalnız 6 ay üçün verilən xüsusi icazə almalıdır. İcazə üçün isə ərizə, şəkil, şəxsiyyət vəsiqəsi, tibbi arayış təqdim edilir, şəxsin məhkumluq haqqında vəziyyəti öyrənilir. Mülki silahlar şəxslərə onlar ovçuluq cəmiyyətlərinin üzvü olmasa belə, verilir. Yalnız ovçuluqla məşğul olacağı təqdirdə Ovçuluq Cəmiyyətinə üzv olmalıdır. Bu qaydaları yerinə yetirən şəxs silah əldə edə bilər".
Satıcının sözlərinə görə, bəzi insanlara silah satmaq çox təhlükəlidir: "Mən özüm neçə ildir bu işlə məşğulam. Bəzən bir nəfər gəlir, deyir ki, mənə silah ver. Sənədləri də qaydasında olur, amma silahla davranmağı bacarmır. Heç ovçuluğa da marağı yoxdur, sadəcə, silah həvəskarıdır. İstəyir ki, silahı olsun. Bu cür insanlar çox təhlükəlidir. Ona görə şəxsən mən onlara silah satmaqdan boyun qaçırıram".
Məsələ ilə bağlı "Ovçular və Balıqçılar Cəmiyyətləri" İctimai Birliyində olduq. Cəmiyyətin İdarə Heyətinin üzvü Səidə Rəsulova musavat.com-a açıqlamasında bildirib ki, onların fəaliyyətinə maneələr törədilir: "Biz 1960-cı ildən fəaliyyət göstəririk. Bütün qanuni əməlləri yerinə yetiririk. Bizim üzvlərimiz arasında tanınmış simalar, elm adamları, nazirlər də var. Amma buna baxmayaraq, bizim fəaliyyətimizə mane olurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti tərəfindən bizə əngəllər törədilir. Gedib bəzi rayonlara şayiələr yayırlar ki, guya bizim sənədlərimiz, verdiyimiz üzvlük vəsiqələri saxtadır. Departamentin rəisi Vaqif Cavadov bizim məktublarımıza kobud şəkildə cavablar verir. 2006-cı ilə qədər bizim onlarla heç bir problemimiz olmayıb. 2006-dan sonra bizimlə davaya başladılar. Səbəbi isə bizə aydın deyil. Bir bəhanə ilə yolumuzu kəsməyə çalışırlar. Hazırda quş ovu qadağan edilib. 2006-cı ildən bu yana hələ də quş ovuna qoyulan qadağa götürülməyib. Bəhanə edilir ki, quş qripi hələ də davam edir. Ona görə də quş ovu qadağan edilib. Biz başa düşürük ki, quş qripi təhlükəli xəstəlikdir. Bununla mübarizə işləri gedir. Amma bu neçə ildə bu problem həll etmək mümkün olmadımı? Axı ölkə başçısı bu sahəyə 16 milyon pul ayırıb. Bizə ovçular tərəfindən şikayətlər daxil olur. Onlar deyirlər ki, ov üçün lisenziyaların verilməsi zamanı ayrı-seçkilik edilir. Eyni lisenziya bəzilərinə verilir, amma bəzilərinə yox. Bunun səbəbi bizə aydın deyil".
Səidə Rəsulova onu da bildirdi ki, onların bir əməkdaşı brokonyerlər tərəfindən öldürülüb:
"Hər bir vətəndaşın borcudur ki, qanunsuz ovla məşğul olan şəxslər haqqında lazımi qurumlara xəbər versin. Çünki təbiəti qorumaq hər birimizin borcudur. Bizim Beyləqan rayonundakı cəmiyyətimizin sədri təsadüfən rayonda qanunsuz ov edən bir neçə nəfəri görüb və onlara öz iradını bildirib. Brokonyerlərlə onun arasında münaqişə yaranıb və ona atəş açıblar. Nəticədə 50 yaşında bir insan günahsız yerə dünyasını dəyişdi. Bu hadisəni belə bizim üzərimizə atmağa çalışmışdılar. Guya hadisə onun özü ucbatından baş verib. Amma qanun hər şeydən üstündür. Demokratik ölkədə yaşayırıq. Həmin şəxslər cəzalandırıldı. Biz bütün lazımi orqanlara müraciət etmişik, ölkə başçısına da, Mehriban xanıma da müraciət etmişik. Sağ olsunlar, cavabsız qoymayıblar. Bizim sadəcə maliyyə problemimiz var. Binamız bərbad vəziyyətdədir. Neçə illərdir təmir edilmir. Amma buna baxmayaraq, biz öz fəaliyyətimizə davam edirik".
Böyütmək üçün şəkillərə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре