Bakıda hərəkət dondu Day.Az представляет новость на азербайджанском языке.

Bakının bir neçə mərkəzi prospekt və küçələrində nəqliyyat vasitlərinin hərəkəti iflic olub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, paytaxtın mərkəzində yerləşən Rəşid Behbudov, 28 May və Səməd Vurğun küçələrində hazırda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəticədə şəhərin mərkəzində yerləşən küçə və prospektlərdə uzun tıxaçlar yaranıb. Sürücülər isə alternativ yollardan istifadə ilə bağlı onlara xəbərdarlıq edilmədiyindən şikayətlənirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Fransa prezidenti Fransua Ollandın Bakıya gəlişi ilə əlaqədar olaraq bəzi yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını söyləyib:
"Şəhər istiqamətində Aeroport şossesi, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Neftçilər və Nobel prospekti və həmin marşurutla İçərişəhər istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq. May ayının 12-də isə Aeroport şossesi ilə Buzovna, Mərdəkan istiqaməti və digər tədbirlərin keçirildiyi tədbirlərin istiqaməti üzrə fasilələrlə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Avtomobillərin hərəkəti başqa istiqamətlərə yönəldiləcək".

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland 11 may tarixində Azərbaycan səfər edəcək. Ollandın səfəri çərçivəsində siyasi, iqtisadi və mədəni sahədə bir çox məsələlər müzakirə olunacaq. Fransa prezidenti Bakıdan İrəvana, oradan da Tiflis şəhərinə yollanacaq.