Azərbaycanda ov silahı almaq istəyənlərin nəzərinə

Day.Az представляет новость на азербайджанском языке.

Cəmiyyət sədri: "Ov silahını almaq üçün "Forma-3" tələb olunur".

Ovçuluq həm sənətdir, həm də asudə vaxtlarda insanların məşğul ola biləcəyi bir sahədir. Ov silahların alınmasında lisenziya yoxdur. Silah almaq üçün vətəndaş əvvəlcə Daxili İşlər Nazirliyinə müraciət etməlidir".

Milli.Az xəbər verir ki, bunu Modern.az-a ovçuluq silahının alınması qaydalarına aydınlıq gətirərkən Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov deyib. Onun sözlərinə görə, DİN-ə ərizə ilə müraciət edən vətəndaşın məhkumluğunun olub-olmaması yoxlanılır. Bununla yanaşı, vətəndaşın psixi-narkoloji qeydiyyatı da nəzərə alınır. "Əgər bunlardan heç biri vətəndaşda aşkar olunmursa, ona rəsmi icazə kağız verilir".

F. Əşrəfov bildirib ki, həmin rəsmi kağız DİN tərəfindən verilir və "Forma-3" adlanır. Cəmiyyət sədri qeyd edib ki, ərizə formasında olan kağızda silahın alınma məqsədi də yazılır. Bundan sonra vətəndaşlar istənilən silah mağazasından silah ala bilərlər.