https://news.day.az/society/514659.html Yevlaxda "Mitsubishi" aşdı: 2 ölü, 3 yaralı

Yevlaxda "Mitsubishi" aşdı: 2 ölü, 3 yaralı

Общество, 21 августа 2014 18:48 (UTC +04:00) 5 366
Yevlaxda "Mitsubishi" aşdı: 2 ölü, 3 yaralı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün saat 13:30-da Bakı-Qazax magistral yolunun Yevlax rayonunun ərazisindən keçən 290-cı kilometrliyində 2 nəfərin ölümü, 3-nün yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Azad Mahmudov "Mitsubishi" markalı minik avtomobilini idarəetməni itirərək yolun kənarına aşırıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Ucar rayon sakini, 1956-cı il təvəllüdlü Mahmud Həmid oğlu Atayev və Göyçay rayon sakini, 1957-ci il təvəllüdlü Zərifə Məhəmməd qızı Əlirzayeva hadisə yerində dünyasını dəyişib. Sürücü Azad Mahmudov, eləcə də Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Zərnişan Məhəmməd qızı Əlirzayeva və Hacıqabul rayon sakini, 2007-ci il təvəllüdlü Aysu Sabir qızı Bağırova yaralanıb. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Anspress-in verdiyi məlumata görə, sürücü bildirib ki, qarşısındakı yük maşınını keçmək istəyərkən idarəetməni itirib və maşın aşıb.

Baş vermiş faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости