Tanınmış teleaparıcı qəza törətdi - YENILƏNİB - FOTO

---------
14:40
Day.Az представляет новость на азербайджанском языке.
"ANS"in aparıcısı Nigar Mahmudova zəncirvari qəza törətməsindən danışıb.
Qeyd edək ki, Nigar Mahmudovanın idarə etdiyi 90-HB-373 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil Dərnəgül yolunda qəza törədib. Hadisə zamanı daha 2 avtomobilə də ziyan dəyib.
--------
10:30
ANS telekanalının ən məşhur simalarından biri olan Nigar Mahmudova idarə etdiyi avtomobil ilə zəncirvari qəzaya səbəb olub.
Publika.az xəbər verir ki, Dərnəgül yolunda qeydə alınan hadisə zamanı Mahmudovanın idarə etdiyi 90-HB-373 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil ilə yanaşı, daha 2 avtomobilə də ziyan dəyib. Hadisə Dərnəgül yolunda, körpünün üstündə baş verib. Qəzaya səbəb kimi, ara məsafənin düzgün seçilməməsi göstərilir. Qarşısındakı avtomobilin dayandığının fərqinə varmayan Mahmudova əyləci basmağa gecikib. Beləliklə, alagözlü aparıcı qarşısındakı avtomobili vurub.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.Böyütmək üçün şəkilə klikləyin.

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре