Gürcüstana daha tez getmək mümkün olacaq - VIDEO Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycan-Gürcüstan sərhədində avtomobillərin uzun növbəsi aradan qalxacaq. Çünki, qonşu ölkə ilə sərhəddə yerləşən Sadıxlı sərhəd-keçib məntəqəsi piyadalarla yanaşı avtomobillərin də üzünə açılıb. Bununla da "Sınıq Körpü" məntəqəsinə alternativ yaranıb, ANS PRESS xəbər verir.

ANS TV-nin Gəncə bürosunun məlumatına görə, artıq bu zonada yaşayan yerli əhali Azərbaycandan Gürcüstan Respublikasına piyada keçməklə yanaşı həm də fərdi nəqliyyat vasitələrilə də keçə bilərlər. Lakin hələ ki, Sadıxlı gömrük postundan yük avtomobillərinin buraxılması mümkün deyil.

Keçid məntəqəsinin yeni rejiminə görə iş vaxtı səhər saat 8-dən axşam saat 8-dəkdir. Bu müddət ərzində vətəndaşlar Gürcüstana manesiz gedə və geri qayıda bilərlər.

Ağstafada yerləşən məntəqədən avtomobillərin buraxılması Qazaxda olan "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində tez-tez yaşanan sıxlığın qarşısını ala bilər.

Yerli əhali də Sadıxlıdan avtomobillərin buraxılmağa başlamasından sonra uzun məsafə qət edib Qazağa getməyə ehtiyac olmadığını deyir.

Kənd sakini Rövşən Əliyev deyir ki, sərhəd-keçid məntəqəsin kəndə yaxın olduğu üçün gedib-gəlmək bizim üçün rahatdır.

Sadıxlı Gömrük Postundan verilən məlumata görə, gün ərzində buradan 1200-yə yaxın vətəndaş piyada keçidindən, 80-ə yaxın vətəndaş isə avtomobil keçidindən istifadə edir.

"Nazirlər Kabinetin qərarına əsasən kiçik post olduğuna görə, burdan yalnız 87,03 qrupuna məxsus olan minik avtombilləri hərəkəti nəzərdə tutulur. Burda gələcəkdə həçimcə böyük post inşaa edildikdən sonra yük avtomobilllərinin də keçidini həyata keçirmək mümkün olacaq", - deyə Sadıxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov bildirib.

Bir müddət əvvəl Qazaxda Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbər şəxslərinin görüşü baş tutumuşdu.

Görüşdə Sadıxlı postundan avtomobillərin buraxılması haqqında da razılıq əldə edilmişdi.

Artıq Sadıxlı məntəqəsi manesiz gediş-gəlişi təmin edə bilir.

Videonu izləmək üçün şəklə klikləyin:

фото