BMT-dən xəbərdarlıq: ət, balıq yox, meduza yeyin, yoxsa...

Day.Az представляет новость на азербайджанском языке:

Əgər insanlıq yaxın vaxtlarda öz qida vərdişlərini dəyişməsə, varlıq kimi həm özünü, həm bütün planetin ekosistemini məhv edəcək.
 

Virtualaz.org saytı xəbər verir ki, bu haqda BMT-nin Kənd təsərrüfatı və Ərzaq Agentliyinin hesabatına əsasən Polşanın "Rzeczpospolita" qəzeti yazır.
 

Hesabata əsasən, XXI əsrin ortalarında planet əhalisinin ətə olan tələbatı iki dəfə artacaq və ildə 463 milyon tona çatacaq.

Məsələn, 1980-ci ildə orta statistik çinli ildə cəmi 14 kiloqram ət yeyirdisə, indi bu rəqəm 60 kiloqrama çatıb. İnkişaf etmiş ölkələrin sakinləri isə daha çox - ildə 80 kiloqram ət yeyir.
 

Süd və süd məhsullarının istehlakı da analoji sürətlə artıb.
 

Bütün bu məhsulları əldə etmək üçün heyvandarlıq isə planetə həddən artıq baha baş gəlir. Planetin içməli su ehtiyatının 8 faizi bu sahəyə gedir, atmosferə isə heyvandarlıqdan cəmi karbon qazının 18 faizi və metanın 37 faizi atılır. Bu, insanların və avtomobillərin payına düşən karbon qazından çoxdur.
 

Başqa sözlə, əsas zülal mənbəyi olan ətin istehsalı rentabelli deyil. Quş ətindən bir qida kalorisi əldə etmək üçün üç bitki kalorisi sərf etmək lazım gəlir. Donuz ətindən bir qida kalorisi əldə etmək üçün 7, mal ətindən əldə etmək üçün isə 10 bitki kalorisi tələb olunur.
 

Beləliklə, planetdə yetişdirilən taxılın 37 faizi heyvanların yemlənməsinə gedir.
 

Okeanlarda da vəziyyət yaxşı deyil. Artıq okeanlardan ehtiyat və tükənməz ərzaq mənbəyi kimi istifadə etmək mümkün olmur. Balıqçı gəmilərinin sayı okeanların regenerasiya imkanlarını üç dəfə qabaqlayır. Əgər insanlar indiki templə balıq tutmaqda davam etsələr, 2050-ci ildə balıq növlərinin əksəri tükənəcək.
 

Süni göllər və dəniz fermaları isə problemin həlli deyil. Çünki 1 kiloqram qızılbalıq (losos) yetişdirmək üçün 3 kiloqram sardina lazımdır. 1 kiloqram tuna balığı yetişdirmək üçün isə 14 kiloqram balıq tələb oluna bilər.
 

Ona görə də BMT xəbərdarlıq edir ki, insanlar başqa qida növləri tapmalıdır. Belə davam etsə, onlar yeməyə quş əti, mal və donuz əti, habelə balıq tapmayacaqlar. Planetin quru hissəsində yeməyə ancaq həşəratlar, dəniz və okeanlarda isə meduza və planktonlar qalacaq.
 

Meduzalar isə insanları aclıqdan xilas etmək üçün əla vasitə ola bilər. Çünki onların sayı dəniz və okeanlarda hədsiz çoxdur. İnsanlar isə bu eybəcər məxluqların əllərindən beziblər. Meduzalar hər yerdədir - çimərliklərdə, dənizlərdə.

Meduzalar isə balıqlarla və onların kürüləri ilə qidalanır. Əgər onlar olmasa, balıqlar da sürətlə çoxalacaq. Yox, meduzaları tükətməsən, onlar balıqları daha sürətlə bitirəcəklər, bu isə ekosistem üçün fəlakət olacaq.
 

Ona görə də BMT məsləhət görür ki, insanlar balıq yeməkdənsə indidən meduzalarla qidalanmağa üstünlük versinlər. Üstəlik bu, dietoloqların çox işinə yarayacaq. Meduzaların 95 faizi su, cəmi 5 faizi zülaldır. Eyni zamanda onların dadı da yoxdur. Bu səbəbdən onu müxtəlif reseptlərə bişirmək olar.
 

Beləliklə, hörmətli insanlar, indidən ət və balıq yox, meduza yeməyə başlayın, yoxsa...