“Mercedes” iki piyadanı vurdu

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Salamzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Kamil Hacıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Sədaqət Tağıyevanı və Lənkəran rayon sakini Hikmət Babayevi vurub.
 

Xəstəxanaya yerləşdirilmiş hər iki piyada orada ölüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.