https://news.day.az/society/721160.html Duman qəzaya səbəb oldu: 2 yaralı

Duman qəzaya səbəb oldu: 2 yaralı

Общество, 26 ноября 2015 09:19 (UTC +04:00) 1 174
Duman qəzaya səbəb oldu:

Day.Az представляет новость на азербайджанском языке

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunda qeydə alınıb.

İmişli şəhər, Kamal Qasımov küçəsi, 28-də yaşayan, 1986-cı il təvəllüdlü Sübhan İslam oğlu Canlarov idarə etdiyi "QAZ-24" markalı avtomobil ilə hərəkətdə ikən hava dumanlı olduğundan digər avtomobil onu arxadan vurub. Qəza nəticəsində "QAZ-24"ün sürücüsü və avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Yaşar Əjdər oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости