Nardaranda evdən qumbara tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Nardaran qəsəbəsində evdə qumbara və 3,95 qram heroin aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, "F-1" qumbarası və 3,95 qram heroin Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evində aşkarlanıb. Silahı və heroin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Bununla yanaşı polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində "AKS" markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.