https://news.day.az/azerinews/1711736.html KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub - FOTO Мужская гандбольная команда "Кюр" сегодня примет участие в очередном еврокубковом матче. İdman.biz сообщает, что наш представитель, выступающий в Кубке Европы, проведет первый матч 3-го этапа. "Кюр" встретится с исландским клубом "Хаукар".

KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub - FOTO

Azərbaycanca, 30 ноября 2024 12:15 (UTC +04:00) 1 246
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub

Azərbaycan sahibkarları İstanbulda keçirilən "MÜSİAD EXPO" 20-ci Beynəlxalq Ticarət Sərgisində və "Halal Expo" Sərgisində iştirak ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub. KOBİA-nın müvafiq sərgilərdə qurduğu xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpa olunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib.

Həmçinin, stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendlərimizi ziyarət ediblər.

KOBİA nümayəndələri Türkiyəyə səfər çərçivəsində halal sənayesi üzrə maraqlı tərəfləri bir araya gətirən, müvafiq sahədə yeni imkanların və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi 10-cu Dünya Halal Sammitində iştirak ediblər.

Tədbirin açılışındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib, bu sektorun gələcək inkişafında standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri Agentliyin yaşıl təşəbbüsləri və sahibkarlara dəstək alətləri barədə də məlumat verib.

  • KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости