Azərbaycanda çövkən oyunu üçün meydança tikiləcək

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Niyazabad kənd sakini Mikayıl Bəşirov 4 ilə yaxındır ki, çövkən oynayır. O, hər hansı turnirdə iştirak etməsə də, milli bayramlar öncəsi təşkil edilən yarışlarda komandaya cəlb olunur.

Qaydalara görə, çövkən oyununda hər komandanın 6 üzvü olur. Oyun hərəsi bir saat olmaqla 2 hissədən ibarətdir. Bu milli idman növünün oynanılması üçün təlim görən atlar olmalıdır.

Çövkən oyunda topun vurulması üçün işlədilən alətin adıdır. Oyunun adı da elə buradan götürülüb. Bu alət ağacdan hazırlanır. Yarışda at çapan oyunçular "top-kos" adlanan topu bir-birinin əlindən almağa çalışırlar.
Əsas məqsəd topu təbaşirlə cızılan dairəyə atmaqdır.

Qarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb. Qərar bu ilin dekabrın 2-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub. Niyazabad Mədəniyyət evinin direktoru Fərhad Qafarovun sözlərinə görə, yaxın vaxtlarda Xaçmaz rayonunun Niyazabad kəndində çövkən oyunu üçün meydança tikiləcək.