Qarabağ münaqişəsini başlayanlardan biri öldü

Day.Az представляет новость на азербайджанском языке

Yerevanda "Qarabağ" Komitəsinin ilk rəhbəri, separatçı ermənilərin "Qarabağ" hərəkatının qurucularından biri İqor Muradyan ölüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Muradyan uzun sürən xəstəlikdən sonra ölüb. O, son vaxtlar ABŞ-da müalicə kursu keçirmiş.

Muradyan "Qarabağ" Komitəsinin yaradılmasının təşəbbüskarı olub. 1988-ci ildə qurumun rəhbərliyindən uzaqlaşıb. 1990-1995-ci illərdə Ermənistan Ali Sovetinin (parlament) deputatı olub. Müxtəlif nəşrlərdə siyasi analizlərlə çıxış edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz