Qorxunc cinayət: valideynlərini tikələyib itlərə atdılar

Day.Az представляет новость на азербайджанском языке

Valideynlərini öldürüb cəsədlərini itlərə yedirtdilər.

Argentinanın paytaxtı Buenos-ayresdə ağıllara sığmayan cinayət baş verib. Sevgili olan iki ögəy bacı və qardaş valideynlərini öldürdükdən sonra cəsədlərini parçalayaraq itlərə yedirdib, qalanları isə yandırıblar.

Qorxunc cinayət, Ricardo Klein və Miryam Kowalczukun sentyabr ayında Buenos-ayres yaxınlığındakı Plair şəhərində yerləşən evlərində qalmasından sonra baş verib. Qohumlarının bildirişi ilə evə gedən polis, eyvandakı zibil qabından bir qadına aid sümüy tapıb. Daha sonra polis zibilliyə aparılan zibil torbalarını da axtarıb.

İngiltərənin "İndependent" qəzetinin xəbərinə görə, cinayəti işləyən Leandro Acosta 25, Karen Kleinin isə 22 yaşı var. valideynləri eyni evə köçəndə birlikdə olmağa başladı.

Argentinada nəşr olunan həftəlik "Perfil" qəzetinə danışan vəkil Monica Chirivin, Acostanın cinayəti boynuna aldığını açıqlayıb. Chirivin, qan donduran hadisə ilə bağlı müvəkkilinin bir etirafını da ifadə etdi: "Mənə cəsədlərin bir hissəsini yediyini söylədi".

Vəkilin sözlərinə görə, Xroniki bağırsaq və ciddi zehni problemləri olan Acosta, bu cinayətləri 11 yaşlı əkiz qardaşlarını ögey atası Ricardo Kleinin zorakılığından xilas etmək üçün işlədiyini deyib.

"Sadəcə tapşırıqları yerinə yetirdim"

Karen Klein polisə verdiyi ifadədə, ögey qardaşı olan sevgilisi Leandro Acostanın, atası Ricardo Klein ilə anası Miryam Kowalczuku əkiz qardaşları evdə ikən vurduğunu deyib. Cəsədləri hissələrə böldüklərini də etiraf edən Klein, bəzi parçaları itlərə atdıqlarını, qalanları isə yandırdıqlarını deyib. Cinayətə qarışmadığını müdafiə edən Klein, Acostanın hadisə yerində təmizlik aparmaq istiqamətində göstərişlərini yerinə yetirdiyini də sözlərinə əlavə edib.

Verilən məlumata görə, Acosta və Klein nəzarət altında alındığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

haberturk.com