Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşəcək
Day.Az представляет новость на азербайджанском языке
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici diplomatiya idarəsinin mətbuat katibi Tanju Bilgiç məlumat verib:
"Rusiya tərəfinə təyyarənin vurulması ilə bağlı məlumatlar verilib. Diplomatik və hərbi kanallar yolu ilə informasiya mübadiləsinin davam etdirilməsi barədə qərar qəbul olunub. Hər iki nazir yaxın günlərdə görüşəcək".
Bundan öncə, Sergey Lavrov Rusiya təyyarəsinin vurulması faktına görə türkiyəli həmkarının ona öz təəssüflərini çatdırdığını deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре