Liviyada hökumət nə zaman qurulacaq?
Day.Az представляет новость на азербайджанском языке
Yalnız milli birlik hökuməti Liviyanı birləşdirərək ölkədə sabitliyi bərpa etməyə qadirdir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ, Əlcəzair, Fransa, Almaniya, İtaliya, Mərakeş, İspaniya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya hökumətlərinin birgə bəyanatında deyilir.
"Biz qəti şəkildə tərəfləri milli birlik hökumətinin qurulmasına çağırırıq. Məhz milli birlik hökuməti ölkədə sabitliyin bərpası, vahid dövlətin qorunub saxlanılması, qanunu idarəetmənin tətbiqi üzrə işlərə başlamalıdır", sənəddə qeyd olunur.
Bəyanatda Tobrukda yerləşən, beynəlxalq aləm tərəfindən tanınan Nümayəndələr Palatası və Tripolidəki Ümummilli Konqresin nümayəndələrinin münaqişənin nizamlanması ilə bağlı səyləri alqışlanıb. Sənəddə həmçinin BMT-nin Liviya üzrə yeni xüsusi nümayəndəsi Martin Koblerin ünvanına dəstək ifadə olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре