Yol polisi sürət həddini aşdı, cərimə başqasına göndərildi - RƏSMİ AÇIQLAMA
Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.
Day.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.
Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib.
Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev məsələyə münasibət bildirib:
"Yaranmış vəziyyət texniki problemlə bağlıdır. Artıq məsələ öz həllini tapıb. Yanlış göndərilmiş protokolun elektron kabinetdən silinməsi təmin edilib".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре