https://news.day.az/azerinews/1798444.html Gömrükdə sutkada hava nəqliyyatı ilə gətirilən 685 ton yük emal olunur - DGK nümayəndəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi Gömrük postunda ölkəyə idxal, ixrac və tranzit daşınan yüklərin gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Gömrükdə sutkada hava nəqliyyatı ilə gətirilən 685 ton yük emal olunur - DGK nümayəndəsi

Azərbaycanca, 28 ноября 2025 11:51 (UTC +04:00) 359
Gömrükdə sutkada hava nəqliyyatı ilə gətirilən 685 ton yük emal olunur

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi Gömrük postunda ölkəyə idxal, ixrac və tranzit daşınan yüklərin gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Day.Az xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə həmin quruma təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Logistika Mərkəzi ölkə ərazisinə idxal edilən, ixrac olunan, eləcə də tranzit və transfer yüklərinə gömrük nəzarətini təmin edir:

"Gömrük rəsmiləşdirilməsi Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) vasitəsilə aparılır. ARAS sistemi yüklərin yoxlanışa cəlb olunmasını xüsusi indikatorlar əsasında müəyyən edir.

Yoxlamalar zamanı yüklərin qanunvericiliyə uyğunluğu araşdırılır. Uyğunluq təsdiqləndikdən sonra yüklər ölkəyə buraxılır, pozuntu halları aşkar edildikdə isə müvafiq tədbirlər görülür".

R. Mahmudzadə bildirib ki, Logistika Mərkəzi Gömrük postunda sutka ərzində orta hesabla 80 ton idxal, 5 ton ixrac və 600 ton tranzit-transfer yükü gömrük rəsmiləşdirilməsindən keçirilir.

"İdxal, ixrac və tranzit yüklər əsasən hava daşıyıcıları vasitəsilə gətirilir. Daşınan yüklərin əsas istiqamətləri ABŞ, Avropa ölkələri və Birləşmiş Ərəb Əmirlikləridir", - o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости