https://news.day.az/azerinews/1842926.html İordaniya parlamentinin sədri Azərbaycana gəlib - FOTO İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi iyunun 20-də Azərbaycana səfərə gəlib.

İordaniya parlamentinin sədri Azərbaycana gəlib - FOTO

Azərbaycanca, 20 июня 2026 17:28 (UTC +04:00) 326
İordaniya parlamentinin sədri Azərbaycana gəlib

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi iyunun 20-də Azərbaycana səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İordaniya parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Şahin Abdullayev, Ömər Bərəkət Əl-Nəhar və digər rəsmi şəxslər qarşılayıblar.

"Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Səfər iyunun 26-da başa çatacaq", - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

  • İordaniya parlamentinin sədri Azərbaycana gəlib
  • İordaniya parlamentinin sədri Azərbaycana gəlib
  • İordaniya parlamentinin sədri Azərbaycana gəlib
  • İordaniya parlamentinin sədri Azərbaycana gəlib
  • İordaniya parlamentinin sədri Azərbaycana gəlib
  • İordaniya parlamentinin sədri Azərbaycana gəlib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости