https://news.day.az/azerinews/1845025.html Bəzi iqtisadi cinayətlərə görə ödəniş tələbi azaldılır Azərbaycanda iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri törətmiş şəxslər artıq vurulmuş ziyanın 1 misli yox, 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Bəzi iqtisadi cinayətlərə görə ödəniş tələbi azaldılır

Azərbaycanca, 30 июня 2026 13:39 (UTC +04:00) 309
Bəzi iqtisadi cinayətlərə görə ödəniş tələbi azaldılır

Azərbaycanda iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri törətmiş şəxslər artıq vurulmuş ziyanın 1 misli yox, 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, artıq iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq 1 misli yox, 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Həmçinin layihəyə əsasən, qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq hesab ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости