https://news.day.az/azerinews/1845799.html Fransada istiyə görə bir həftədə 2 mindən çox insan ölüb Fransada anomal istilər fonunda iyunun 22-dən 28-dək 2 mindən çox ölüm halı qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə iyulun 3-də Fransanın Milli İctimai Səhiyyə Agentliyi (Santé publique France) məlumat yayıb.

Fransada istiyə görə bir həftədə 2 mindən çox insan ölüb

Azərbaycanca, 3 июля 2026 16:26 (UTC +04:00) 290
Fransada istiyə görə bir həftədə 2 mindən çox insan ölüb

Fransada anomal istilər fonunda iyunun 22-dən 28-dək 2 mindən çox ölüm halı qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə iyulun 3-də Fransanın Milli İctimai Səhiyyə Agentliyi (Santé publique France) məlumat yayıb.

Agentliyin elektron məlumat bazasına əsasən, göstərilən həftə ərzində Fransada bütün yaş qrupları üzrə ümumilikdə 8 973 ölüm halı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, iyunun 15-dən 21-dək olan əvvəlki həftədə bu göstərici 6 948 nəfər təşkil edib. Beləliklə, cəmi bir həftə ərzində ölüm sayı 29,1 faiz və ya 2 025 nəfər artıb.

Ölüm hallarındakı əsas artım 45 yaşdan yuxarı əhali arasında müşahidə olunub. Bu yaş kateqoriyasında ölüm göstəricisi 29,7 faiz və ya təxminən 2 001 nəfər artıb. Ölənlərin sayı bütün məkanlarda - yaşayış evlərində, qocalar evlərində və xəstəxanalarda yüksəlib.

Ölüm hallarının artımı Fransanın demək olar ki, bütün regionlarını əhatə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости