https://news.day.az/azerinews/1854798.html Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Day.Az xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb. Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib.

Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü

Azərbaycanca, 19 августа 2026 10:28 (UTC +04:00) 144
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Day.Az xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb.

Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciəvi hadisə baş verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

DİN Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb.

"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır" - deyə, müraciətdə vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости