https://news.day.az/azerinews/1854817.html Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - SƏBƏB Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsində yerləşən "Gənclik Mall" ticarət mərkəzində təhlükəsizlik siqnalı verilib. Day.Az bakıvaxtı-na istinadən xəbər verir ki, ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb və müştərilərin təxliyəsinə başlanılıb.

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - SƏBƏB

Azərbaycanca, 19 августа 2026 11:51 (UTC +04:00) 122
Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir

Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsində yerləşən "Gənclik Mall" ticarət mərkəzində təhlükəsizlik siqnalı verilib.

Day.Az bakıvaxtı-na istinadən xəbər verir ki, ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb və müştərilərin təxliyəsinə başlanılıb. Təxliyənin əvvəlcədən elan edilməməsi bəzi müştərilər arasında çaşqınlıq və narahatlıq yaradıb.

Ticarət mərkəzindən kənara çıxarılan şəxslər sonradan təxliyənin təlim xarakterli olduğunu anlayıblar.

Hadisə zamanı hər hansı real təhlükənin olub-olmadığı və təlimin hansı məqsədlə keçirildiyi ilə bağlı əlavə məlumat verilməyib.(Bakıvaxtı.az)

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости