https://news.day.az/azerinews/1854865.html Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - FOTO Türkiyənin Adana şəhərində "Furkan" Vəqfinin təsisçisi Alparslan Kuytul və həyat yoldaşı polis əməliyyatı zamanı saxlanılıb. Day.Az xəbər verir ki, əməliyyat səhər saatlarında Seyhan rayonunun Reşatbey məhəlləsində Kuytulun yaşadığı evdə keçirilib.

Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - FOTO

Azərbaycanca, 19 августа 2026 14:51 (UTC +04:00) 106
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı

Türkiyənin Adana şəhərində "Furkan" Vəqfinin təsisçisi Alparslan Kuytul və həyat yoldaşı polis əməliyyatı zamanı saxlanılıb.

Day.Az xəbər verir ki, əməliyyat səhər saatlarında Seyhan rayonunun Reşatbey məhəlləsində Kuytulun yaşadığı evdə keçirilib. Polis və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə evdə axtarış aparılıb, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Kuytul və həyat yoldaşı tibbi müayinədən keçirilmək üçün Adana Məhkəmə Tibbi Ekspertiza İnstitutuna aparılıb. Daha sonra onlar polis bölməsinə təhvil verilib. Əməliyyat çərçivəsində vəqfin bəzi üzvlərinin də saxlanıldığı bildirilir.

Kuytul daha əvvəl də hüquq-mühafizə orqanlarının araşdırmalarına cəlb olunub. O, 2018-ci ildə həbs edilsə də, 2020-ci ildə ona qarşı irəli sürülən ittihamlar üzrə bəraət alıb. 2022-ci ildə isə adam oğurluğu iddiası ilə yenidən həbs edilən Kuytul 2023-cü ilin iyununda azadlığa buraxılıb.

Hazırkı əməliyyatın səbəbləri və saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlarla bağlı ətraflı məlumat açıqlanmayıb.

  • Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı
  • Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости