https://news.day.az/azerinews/1854876.html Həftəsonu hava necə olacaq? PROQNOZ AÇIQLANDI Həftəsonu Bakıda və rayonlarda hava dəyişəcək, güclü külək, leysan və dolu gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək:

Həftəsonu hava necə olacaq? PROQNOZ AÇIQLANDI

Azərbaycanca, 19 августа 2026 15:33 (UTC +04:00) 121
Həftəsonu hava necə olacaq?

Həftəsonu Bakıda və rayonlarda hava dəyişəcək, güclü külək, leysan və dolu gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək:

"Avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq".

Məlumata görə, həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.

"Azərbaycanın rayonlarında avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 22-23-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlarda 20-25 dərəcə isti olacaq", - deyə qeyd edililib.

Qeyd edilib ki, avqust ayının 19-na kimi temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), 1 gün normadan 0.3 dərəcə aşağı olub. Ayın 9-da 5.2 dərəcə yüksək olub ki, bu zaman havanın maksimal temperatur 38.6 dərəcə isti qeydə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости