Azərbaycanlı müğənni ailə həyatının dağılmasından danışıb
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Samir Piriyev birinci ailə həyatının dağılmasından danışıb.
Day.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Qonaq gəl bizə" verilişində aparıcının "Müğənnilərin əksəriyyətinin ailə həyatı alınmır, boşanırlar. Sizdə də belə hal yaşandı" sözlərinə belə cavab verib:
"Həyatın yazılmış və yazılmamış qanunları var. Heç kim heç nədən sığortalanmayıb. Baxırsan, həyatda hər şey yaxşıdır, amma qəfildən münasibətlər dağılır. Yaradan belə yazıb, bir yerdə yollarımız ayrıldı. Yeri-göyü yaradan varlıq var, hamımızı idarə edir. Addım atanda özümü yox, ailəmi, uşaqlarımı fikirləşmişəm. Çalışmışam ki, atdığım addıma görə, övladlarım mənə görə xəcalət çəkməsinlər. Böyüyəndə deməsinlər ki, atamız yalançıdır, kələkbazdır. Günümüzdə adamlar var ki, kişilikdən, əqidədən danışır, amma tətbiq etmirlər. Kimdə nə yoxdursa, ondan danışır. Bu gün nəyəsə sahib olarsan, amma sabah əməlin səni pis hala gətirib çıxaracaq. Biz qınamağı çox bacarırıq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре