https://news.day.az/azerinews/846590.html Müğənni Elton: "Atam yaxşı ki, tutuldu, yoxsa ölə bilərdi" - VİDEO - FOTOLAR

Müğənni Elton: "Atam yaxşı ki, tutuldu, yoxsa ölə bilərdi" - VİDEO - FOTOLAR

Azərbaycanca, 2 декабря 2016 16:55 (UTC +04:00) 1 985
Müğənni Elton: "Atam yaxşı ki, tutuldu, yoxsa ölə bilərdi"

Day.Az представляет новость на азербайджанском языке

Eltonun 14 yaşındakı görüntüləri ortaya çıxdı.

Day.Az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Elton Hüseynəliyevdən maraqlı açıqlamalar verib.

"Atam 1994-cü ildə həbs olundu. Atam, əslində, 2 dəfə tutulub. İlk dəfəni xatırlamıram nə üstündə olub. İkinci dəfə isə şər atdılar onun üstünə. Qarabağ müharibəsi gedən zaman atam 3 dəfə könüllü olaraq getdi. Amma qoymadılar. Hər dəfə qaytardılar geri. Çox adam gedirdi deyə. Sonra atam tutuldu. Atam deyir ki, yaxşı ki tutulmuşam. Bəlkə də indi nə bilim Vallah. 10 il zindanda oldu. Sonra ibadət əhli oldu. Uşaq vaxtlarımdan toylara getmişəm. İlk dəfə 9 yaşımda toya getmişəm. 25 manat qazanmışam. Uşaqlıq yaşamamışam. Elə vaxt olub anama demişəm ki, oynamaq istəyirəm. O da bildirib ki, bəs o zaman bizə kim baxacaq? Uşaqlığım çətin keçib. Həyatımda çox böyük möcüzələr olub".

Daha sonra müğənni səsini necə qorumasından da söz açıb: "Bizim qonşumuz var idi Rəna adında. Bir gün məni saxlayıb dedi ki, daha sən oxuma. Olmaz sənə oxumaq. Niyəsini soruşanda dedi ki, 1 il 6 ay gözlə. Səsin dəyişir. Oxusan, səsini itirəcəksən. Anam qapıya çıxanda söhbətimizin şahidi oldu. Pis oldu ki, toylara gedirəm və pul qazanıram. Amma başqa çarənin olmadığını gördük. Razılaşdıq. İncəsənət Universitetinə qəbul oldum. Anam mənə işləyib yolpulu verirdi. Çox sıxılırdım. Sonra səsim düzəldi. Türkiyədəki səs yarışmasına getməyi düşündüyüm ərəfədə bizim "AzəriStar" yarışmasının elanlarını gördüm və qatıldım".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

  • Müğənni Elton: "Atam yaxşı ki, tutuldu, yoxsa ölə bilərdi"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости