Süd vəzi xərçənginin yeni müalicə metodikası.

Day.Az представляет новость на азербайджанском языке

Mançester Universiteti (İngiltərə) alimləri süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrə preparatların yeni kombinasiyasını təyin etməyi tövsiyə edirlər.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, bu yeni metodikanın tətbiqi 11 gün ərzində şişin ölçüsünün xeyli kiçiltməsinə və hətta şişin tam yox olmasına gətirib çıxardır.

Xarici mətbuatın məlumatına görə, "trastuzumab" və "lapatinib" adlı preparatların kombinasiyası artıq süd vəzi xərçəngi olan qadınların üzərində test olunub.

Nəticədə məlum olub ki, bu metodika əsasında müalicə alan 11% qadınlarda şişlər tamam yox olub, 17%-də isə 5 mm qədər kiçilib.

Yeni metodikanın müəllifləri qeyd edir ki, bu günə qədər alimlər belə qısa müddət ərzində belə ciddi nəticə ala bilməyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.