https://news.day.az/showbiz/556111.html
Xalq artistinin kreditə götürdüyü yeni avtomobili - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Yol polisi 27 ildir mənə protokol yazmır...
Xalq artisti Arif Quliyev yeni avtomobil alıb.
Bu barədə Avtolent.az-a açıqlama verən aktyor qeyd edib ki, artıq bir aydır ki, "Nissan Sanny" idarə edir: "Mənim ilk avtomobilim "VAZ-2103" olub. Həmin maşını 1988-ci ildə almışdım. Daha sonra yeni avtomobil almaq üçün "VAZ" zavodunda növbəyə dayandım. Növbəmin vaxtı çatanda "VAZ-2106" aldım. Üç il bu avtomobili idarə edəndən sonra "QAZ-2410", daha sonra isə "QAZ-3110" aldım. Bir sözlə sonuncu maşına qədər olan bütün maşınlarım Rusiya istehsalı olub. İndi isə "Nissan Sunny" idarə edirəm. Bu avtomobili kreditlə almışam".
A. Quliyev yol polislərindən hər zaman hörmət gördüyünü deyib: "Tanınan, sevinən insanlar nümunə olmalıdır. Çalışmalıdırlar ki, qayda pozuntusuna yol verməsinlər. Tanınmış adam səhv edəndə o az sevilir. Yol polisi bu günə qədər mənə heç vaxt protokol tərtib etməyib. Mən yol hərəkət qaydasını pozanda etdiyim səhvi boynuma alıram və yol polisi məni bağışlayır".
Böyütmək üçün şəkillərə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре