Mətanət ağlayaraq üzr istədi: "Mən də övladımı itirmişəm" - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Aparıcı Mətanət Əliverdiyeva "Gündəlik" verilişinin bugünkü efirində ağlayaraq yanğından əziyyət çəkən insanlardan üzr istəyib.
 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, dünənki çıxışının səhv anlaşıldığını deyərək ağlayıb:
 

"Elə ifadə dedim ki, onu mənə qarşı işlətdilər. Mən balaca uşaqdan da üzr istəməyi bacarıram. Mənim sözümü yozub qıcıq yaratdılar. Mən bilməzdim ki, bu cür ajotaj yaradacaq. Gərək biləydim ki, nə deyirəm. Əgər kimdəsə qıcıq yaratmışamsa, faciəni yaşayan insanlarıın hissiyatına toxunmuşamsa, mənim sözümü savadsız formada yozan insanların yerinə, onlardan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynayan insan deyiləm. Özüm də iki uşaq anasıyam. Mən necə bunu qıcıq üçün deyə bilərəm axı? İndiyə kimi heç kimi bilmir ki, mən də övlad itirmişəm. Anamı, atamı itirmişəm. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?".
 

Qeyd edək ki, M. Əliverdiyeva mayın 19-da Bakıda baş verən yanğın haqqında danışarkən "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" deyib. Bu sözlərinə görə sosial şəbəkələrdə tənqid olunan aparıcı Milli Televiziya və Radio Şurası tərəfindən də şifahi xəbərdarlıq alıb.



Нажмите на видео для просмотра:

фото