Namiq Qaraçuxurlunun "Bal ayı" planları

Day.Az представляет новость на азербайджанском языке.

Bir neçə ölkəyə səfər etməyi planlaşdırmışam

Meyaxanaçı Namiq Qaraçuxurlu dəbdəbəli toyundan sonra gələcək planları haqqında danışıb.

Milli.Az bildirir ki, anspress-ə açıqlama verən "təzə bəy" "Bal ayı" haqqında da danışıb. Namiq Qaraçuxurlu bildirib ki, toyu ürəyincə olub. Çağırdığı qonaqlardan bəziləri gəlməyib, o da ki üzrlü səbəblərə görə. Meyxanaçı toya dəvət etmədiyi qonaqların da gəldiyini və böyük məmnuniyyətlə onları qarşıladığını bildirib. Meyxanaçı "Bal ay"ına hələ çıxmadığını bildirib:

"Hal-hazırda Bakıdayam, 2 gündən sonra işlə əlaqədər 3 gün olmayacam Bakıda. Qayıdandan sonra isə "Bal ayı"na çıxacam. Hələ bilmirəm dəqiq hara gedəcəm, amma bir neçə ölkəyə səyahət edəcəyimi nəzərdə tutmuşam", - deyə Namiq Qaraçuxurlu bildirib.

Meyxanaçı Namiq Qaraçuxurlu 12 oktyabrda subaylığın daşını atıb. Paytaxtımızın şadlıq saraylarının birində keçirilən bu məclis sırf kişilər üçün nəzərdə tutulub. Toyun tamadası Nəsib Nur olub, məclisin musiqili hissəsini isə Abbas Bağırov idarə edib. Bəyin xahişi ilə toyda kənar videoçəklişlər aparılmayıb və dəvət olunan media nümayəndələri yalnız qonaq kimi iştirak edib.