Vətəndaş müharibəsi başladı

Myanmada ordu ilə nümayişçilər arasında şiddətli toqquşmalar baş verir.

Day.Az metbuat.az-a istinadən xəbər verir ki, hərbçilərin nümayişçilərə atəş açması nəticəsində son 1 gün ərzində azı 38 nəfər həlak olub. Çox sayda yaralı var. Ordu mərkəzi küçələri bağlayıb.

Qeyd edək ki, seçkilərin saxtalaşdırıldığını əsas gətirən ordu fevralın 1-də çevriliş edərək, yüksək rütbəli rəsmiləri həbs edib.

Etirazçılar həbs edilənlərin azad edilməsi üçün aksiyalar təşkil edir.