Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölən və xəsarət alanlar var

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1970-ci il təvəllüdlü Məmmədov Namiq Balakişi oğlu, 1933-cü il təvəllüdlü Mirzəyev Təhmuraz Tofiq Oğlu və 1990-cı il təvəllüdlü Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.