Tokio 2020-də cüdoçularımızın ilk görüşdəki rəqibləri bəlli olub
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə yarışacaq idmançılarımızın ilk görüşdəki rəqibləri bəlli olub.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, cüdoçularımızın rəqibləri aşağıdakı kimidir:
-48 kq çəkidə idmançımız Hacıyeva Şəhanə yapon rəqib Hangai Shizuka ilə;
-52 kq çəkidə idmançımız Səfərova Bəsti yapon rəqib Fujiwara Yui ilə;
-57 kq çəkidə idmançımız Vəliyeva Sevda, Fedossova Dayana və Khusan Kyzy Khaiitkhon arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;
-63 kq çəkidə idmançımız Hüseynova Xanım, Kudo Hiroko və Mutia Liana arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;
+70 kq çəkidə idmançımız Kərimova Dürsədəf ukraynalı rəqib Harnyk Anastasiia ilə;
-60 kq çəkidə idmançımız Şirinli Vüqar, Borges Henry və Çiftçi Recep arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;
-66 kq çəkidə idmançımız Abaslı Namiq, İbanez Banon və Perez Luis Jabdiel arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;
-81 kq çəkidə idmançımız Rəhimli Hüseyn, Powel Daniel və Pereira Arruda Harlley Damiao arasında baş tutacaq qarşılaşmanın qalibi ilə;
-100 kq çəkidə idmançımız Abdullaxanlı Kənan özbək rəqib Xəlilov Şərif ilə;
+100 kq çəkidə idmançımız İlham Zəkiyev britaniyalı rəqib Hodgson Jack ilə görüşəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре