Xaçmazda yaşıllıq aksiyasına start verilib - FOTO
44 günlük Vətən müharibəsində Zəfərin başlanğıcı kimi tarixə düşən 27 sentyabr - Anım günü ərəfəsində Xaçmaz rayonunda silsilə tədbirlər davam etdirilir.
Silsilə tədbirlər çərçivəsində rayonda yaşıllıq aksiyasına start verilib. Yaşıllıq aksiyasının ilk günü magistral yolların kənarını əhatə edib. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə təşkilat və müəssisələrin kollektivləri, vətən müharibəsi iştirakçıları, qazilər eləcədə könüllülər iştirak edib. Sakinlər Xaçmaz-Bakı, Xaçmaz-Quba və Xaçmaz-Xudat yolunun kənarlarına 1000-dən çox yeni Eldar şamı basdırıb.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər. Yaşıllıq aksiyası qarşıdaki günlərdə park və xiyabanlarda davam etdiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре