Ərdoğan Rusiyaya yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşüb.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Prezident Ərdoğanla birlikdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Soçiyə yola düşüblər.

Qeyd edək ki, bu gün Soçidə Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçiriləcək. Kremlin məlumatına görə Rusiya və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək. Eyni zamanda, Rusiya-Türkiyə tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin də müzakirəsi planlaşdırılır.