Avstraliyalı azarkeşlər Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı təəssüratlarını bölüşüblər

Bakı treki Formula 1-in digər traslarından bir çox cəhətdən fərqlənir.
Avstraliyadan olan azarkeşlər Trend-ə bildiriblər ki, Bakı treki şəhərin düz mərkəzindən keçməsi ilə diqqət çəkir.
"Biz ilk dəfədir ki, Azərbaycan Qran Prisindəyik və MacLaren komandasından Daniel Rikardoya azarkeşlik edirik. Biz təkcə yarışı izləmək deyil, həm də Bakının özünü görməyə nail olduq. Biz insanların qonaqpərvərliyi, görməli yerlər, musiqi və əlbəttə ki, yeməklərdən çox məmnunuq. Bakı trasının gözəlliyi odur ki, bu, ən sürətli küçə halqalarından biridir, xüsusilə də İçərişəhər yaxınlığında, avtomobillərin performansının çox dar ötmələrdə yoxlanıldığı hissədə" - deyə avstraliyalı azarkeşlər bildiriblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре