M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılır

Sentyabrın 5-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan - Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Day.Az-а bildirilib ki, Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar "BakuBus" MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.