https://news.day.az/azerinews/1531785.html
Sülhməramlılarına aid təminat avtomobili Laçın yolundan keçib - FOTO
Sülhməramlılarına aid təminat avtomobili Laçın yolundan keçib - FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Day.Az Trend-in aksiya keçirilən ərazidəki əməkdaşına istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, bir yük maşını Xankəndidən Laçın, digəri isə əks istiqamətə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 8-ə çatıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре