İrəvan Azərbaycan-Ermənistan delimitasiya komissiyasının reqlamentini təsdiqlədi

İrəvan Azərbaycan-Ermənistan delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mqer Qriqoryan məlumat verib.

Qriqoryan, həmçinin, 2-ci sənədin hazırlanmalı olduğunu və delimitasiyanın hansı prinsip və xəritələr əsasında həyata keçiriləcəyinin bu sənəddə göstəriləcəyini bildirib.

Xatırladaq ki, noyabrın 30-da Qazax-İcəvan sərhədində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər.