STAR NEZ neft koksunun istehsalını əhəmiyyətli dərəcədə artırıb

SOCAR Türkiye şirkətinin STAR neft emalı zavodunda (NEZ) neft koksu istehsalı 2023-cü ilin oktyabr ayında ötən ilin analoji dövrü ilə müqayisədə 23,7 faiz artıb.

Day.Az xəbər verir ki, Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) qiymətləndirmələrinə görə, NEZ bu ilin avqust ayında 2022-ci ilin analoji dövründəki 61 min 18 tonla müqayisədə 75 min 471 ton neft koksu istehsal edib.

Qeyd edək ki, SOCAR Türkiye STAR NEZ-də 2023-cü ildə 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsalında Qara dəniz regionu, Afrika ölkələri və bir sıra digər ölkələrdən xam neftdən istifadə olunur.

STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb. STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.